Qırmızı məxmər tortu


Qırmızı məxmər tortu

Tərkibi:


Biskviti üçün:


110qr kərə yağı
1,5 st şəkər tozu
2 yumurta
1 st süd
1 y.q kakao
1paket vanil
1 ç.q karbonat
1 y.q sirkə
1/2 limonun suyu
1 paket qırmızı qida boyası ( 5 qr)
250 qr un (2,5 st )

Kremi üçün:


200 labne pendiri
125 qr kərə yağı
125 qr pudra şəkəri
1paket vanil

Biskvitin Hazırlanması:


Südə limon suyunu töküb kənara qoyuruq, ayrıca qabda una kakao, vanil ,qırmızı boyanı töküb qarışdırıb kənara qoyuruq.

Kərə yağını krem halına gələnədək mikserlə çırpırıq,şəkər tozunu sonra yumurtaları əlavə edirik, südü əlavə edirik , sirkəyə karbonat tozunu töküb qabaran kimi qarışıma tökürük və hissə-hissə unlu qarışımı da əlavə edirik və qarışımı iki hissəyə bölüb biskviti 170 dərəcədə bişiririk, 30dəqiqə sonra taxta çubuqla içini yoxlamaq, bişən kimi götürmək lazımdı.

Krem Hazırlanması:

Kərə yağını krem halınadək çırpıb labne pendirini əlavə edib davam edirik çırpmağa və sonda vanil və pudra şəkərini az-az töküb mikserlə çırpırıq və krem hazırdı.